.Sabahın hava proqnozu açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə noyabrın 12-də
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-qərb
küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz
10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu,
nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Noyabrın 12-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi
yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Gecə və
səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 2
dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Noyabrın 12-də Abşeron yarımadasında mülayim xəzri küləyi və iqlim
normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişli
olsa da, havada rütubətin bir qədər çox olacağı gözlənilir ki, bu da bəzi insanlarda
narahatlıq yarada bilər.



Xəbərlər  Tarix:   11 Noy 2020 / 12:13


« Əvvəlki xəbər (3141 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR