30 illik ədalət bərpa olundu.

Azərbaycanı sevin, sevin Azərbaycanı
Bu gün böyük sevgiyə onun ehtiyacı var
Sevin evim ocağım, odum Azərbaycanı
Azərbaycanı sevin, sevin Azərbaycanı
Azərbaycan nələr çəkmiş başın sənin, nə qədimdir yaşın sənin . Ta qədim zamanlardan başın çox bəlalar çəkib. Torpağının 20 % - i Erməni dığalarının tapdağı altında idi. Sentyabr ayının 27 – si Ermənistan ordusu yeni bir işğal üçün Azərbaycan torpağlarına hücum etdi. Rəşadətli Azərbaycan ordusu bu hücumun qarşısını alaraq əks hücuma keçərək işğal altında olan torpağlarını geri qaytararaq tarixi qələbəyə imza atdı. Bu qələbənin adı 30 illik ədalət vəya Vətən müharibəsi memarları isə Ali Baş Komandan İlham Əliyev və Rəşadətli Azərbaycan ordusudur. Sentyabrın 27 – sindən başlayan Vətən müharibəsi noyabr ayının 10 – nu Ermənistan ordusunun təslim olması ilə nəticələndi. Daha doğrusu Nikol Paşinyanın məğlubiyyəti ilə bitdi. Paşinyan təslim olaraq kapituliyasiya bəyannaməsini imzaladı. Daha doğrusu bəyannaməni Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının prezidenti Vladimir Putin imzaladı. Daha doğrusu bu kapitulyasiya bəyannaməsinə görə noyabr ayının 15 – ində Kəlbəcəri, 20 – sində Ağdamı və dekabrın 1 – də isə Laçını Ermənistan ordusu boşaldacaq əlbəttəki Rusiya sülhməramlılarının sayəsində olacaq. Mən açığı desəm tarix təkrarlandı. Rus qoşunları 5 il Dağlıq Qarabağda atəşkəsə nəzarət edəcək. Mənim fikrimcə Qarabağ ərazisinə Rus ordusunu buraxmaq lazım deyildi. Çünki mən nə Rus ordusuna nədə Ermənistanda yeni hakimiyyətə gələcək hakimiyyətədə inanmıram. Çünki, tarixi boyu başımıza nə bəlalar gəlibsə Rus ordusunun vasitəsilə gəlib . Mən Xocalı soyqrımını xatırlatmaq istəyirəm. Xocalını Ermənilər tək deyil rusların köməyi ilə törədiblər. Nəysə bunu zaman göstərəcək ki , Rus sülhməramlı əsgərləri ora sülhə və atəşkəsə görə gəliblər yada başqa bir məqsədə görə. Türkün türkdən başqa dostu yoxdur. Düzdü bu işdə Türkiyə Cümhuriyyətidə iştirak edəcək amma ordusuyla deyil safəcə qərərgahda atəşkəsə nəzarət edəcək, rus nümayəndə heyyəti ilə yanaşı. Amma nə olursa olsun biz bu müharibədə qalib gəlmişik. Buna görədə Ali Baş Komandana və Rəşadətli Ordumuza və şəhid olan igidlərimizə borcluyuq. Qarabağ Azərbaycandır!!!!.
Ənvər Məmmədov.



Öz xəbərlərimiz  Tarix:   12 Noy 2020 / 14:58


« Əvvəlki xəbər (1143 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR