Biz Erməni deyilik...

Dünən gördüyüm video məni çox kövrəltdi. Videoda Azərbaycanın hücumu zamanı tərk edilmiş iki balaca Erməni oğlan uşağına Azərbaycan əsgərinin qayğısını gördüm. Azərbaycan əsgəri əsirlikdə olan və qorxudan əllərini yuxarı qaldıran iki balaca oğlana qorxma deyən sonra hər iki uşağa şokalad, Meyvə və yemək verdi sonra sanki öz övıadı kimi onu öpdü. Bəlkə də Azərbaycan əsgərinim bu hərəkəti vəhşi və cəllad Erməni əsgərlərinə dərs olar onlar öldürməyi deyil, əsgərimiz kimi nəvazişi qayğını öyrənər. Amma çətin belə bir söz var deyir ki o öz şərliyindən qalmır mən niyə öz xeyirimdən qalım. Bu atalar misalı mənə bir hadisəni xatırlatdı. Dərhal ağlıma Erməni cəlladlarının törətdikləri Xocalı Soyqrımı, Gəncə qətliamı, Bərdə hadisələri və Naftalanda öldürülən günahsız uşaqlar gəldi. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi biz əsgərlərimiz cəbhədə əsgərlərlə döyüşür bizim mülki əhaliylə işimiz yoxdur. Biz öz xilaskarlıq missiyamızı yerinə yetiririk. Uşaq şokaladı və yeməyi yeyənlər sonra gözləri ilə əsgərimizə təşəkkür etdi. Ermənilər isə eyni hadisəyə oxşar hadisəni Xocalı qətliamında uşaqlara qarşı ediblər. Onlar əsir olan uşaqları bir dəmir çəlləyə yığıb uşaqların əlinə alma verib çəlləyin ağzını qaynaqlayıb üzərinə benzin tökərək yandırıb dağdan aşağı yuvarlayıblar. Ondan qorxan uşağın başını aldadıb əlinə konfet verib mıxdan asıb dərisini soyanda Erməni əskəri idi.
Biz müsəlmanıq bizim əsgərlərimizin qocaya, qadına, uşağa, silahsız, günahsız insanlara silah qaldırmırıq. Biz Erməni kimi şərəfsiz, qəddar deyilik.
Ənvər Məmmədov



Öz xəbərlərimiz  Tarix:   13 Noy 2020 / 14:23


« Əvvəlki xəbər (758 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45