Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.
Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.
Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.



Xəbərlər  Tarix:   13 Noy 2020 / 14:36


« Əvvəlki xəbər (1150 / 5326) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR