10 saat və 10 gün - Ermənistanla Azərbaycanın fərqi

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin imzaladığı bəyanata əsasən, işğalçı qüvvələr Kəlbəcər rayonunu noyabrın 15-dək təhvil verməli idi. Amma Ermənistan tərəfi bunun üçün əlavə 10 gün vaxt istəyib. Azərbaycan dövləti öz humanist xarakterini bir daha nümayiş etdirərək, Rusiya prezidenti Vladimir Putinin xahişini nəzərə alaraq, bu müddəti noyabrın 25-dək uzadıb.
Məsələ ilə bağlı “Report”a açıqlama verən Milli Məclisin deputatı Cavid Osmanov deyib ki, dövlətin yürütdüyü siyasətdə daim humanizm prinsiplərinin rəhbər tutulduğunu nəzərə alsaq, Azərbaycanın bu məsələyə razılıq verməsini də bu qəbildən olan növbəti addım hesab etmək olar.
O xatırladıb ki, 1993-cü ildə Kəlbəcərin işğalı zamanı erməni hərbi birləşmələri azərbaycanlı əhaliyə rayonu tərk etmək üçün cəmi 10 saat vaxt vermişdi:
“Bununla bağlı hətta son zamanlar sosial şəbəkələrdə videoroliklər də yayılıb. Ancaq buna baxmayaraq, Azərbaycan humanistlik göstərərək daha 10 gün gözləməyə razılaşıb. Onu da qeyd edim ki, Ağdam və Laçın rayonlarından Ermənistan silahlı qüvvələrinin çıxarılması barədə razılaşma olduğu kimi qüvvədə qalır. Azərbaycan bu qərarı qəbul edərkən Kəlbəcər rayonunun coğrafi baxımdan böyük bir ərazini əhatə etməsini, relyefin mürəkkəbliyini, hava şəraitinin ağırlaşmasını və rayondan çıxış üçün cəmi bir yolun olduğunu nəzərə alıb. Həmçinin nəzərə alınıb ki, Ermənistanın işğal etdiyi Ağdam rayonu ərazisindəki qoşunları da Qarabağdan çıxmaq üçün Kəlbəcər yolundan istifadə etməyə məcburdur. Kəlbəcəri Ermənistanla birləşdirən yolun texniki imkanları insanların kütləvi hərəkətinə imkan vermədiyindən, tıxaclar, ləngimələr müşahidə olunur. Onu da qeyd edim ki, 1993-cü ildə Kəlbəcərin əsl sakinləri dağları, meşələri, keçilməz yolları ayaqyalın qət edərək canlarını erməni silahlılarından güclə qurtardılar. Yüzlərlə kəlbəcərli qırğına məruz qaldı, cəsədləri belə təhqir edildi. Çoxlu sayda insan girov və ya itkin düşdü. Kəlbəcərlilər özləri ilə heç nə götürə bilmədilər, sakinlərin bütün əmlakı ermənilər tərəfindən qarət olundu. Hesab edirəm ki, bu qərarın qəbulu bir daha sübut edib ki, Ermənistandan fərqli olaraq, Azərbaycan həm müharibə, həm də sülh dövrünün qaydalarına tam əməl edir. Hərbi əməliyyatlar zamanı mülki şəxsləri və yaşayış məntəqələrini hədəf seçməyən Ordumuz, hazırda rayonun sakit və təhlükəsiz şəkildə boşaldılmasını təmin edir".
Deputat bildirib ki, xarici media orqanlarının yaydıqları informasiyalardan da görünür ki, artıq Azərbaycanın Kəlbəcər rayonunun təhvil verilməsi istiqamətində işlərə başlanılıb:
"Bu proses isə noyabrın 25-də başa çatacaq. Kəlbəcərdəki Ermənistan silahlı qüvvələri və qeyri-qanuni məskunlaşdırılan insanlar çıxarıldıqdan sonra isə Azərbaycan Ordusunun hissələri oraya yerləşdiriləcək".
C.Osmanov deyib ki, Azərbaycanın humanist yanaşması fonunda, ermənilər Kəlbəcərdə evlərə və meşələrə od vurmaqda davam edir:
“Meşələrə od vurmaq, ağacları kəsmək isə əsl ekoloji terrordur. Bu barbarlıq xarici KİV-in və dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Bütün bunlar isə ermənilərin nə qədər həyasız və murdar varlıq olmasını bir daha dünyaya nümayiş etdirir. Baş verən hadisələr bir daha təsdiq edir ki, ermənilər insani keyfiyyətlərə, mənəvi dəyərlərə sahib olmayan barbar toplumdan ibarət məxluqlardır. İşğal, terror, vandallıq, hiylə, oğurluq kimi xüsusiyyətlərə erməni xalqı qədər rəğbət bəsləyən, bu kimi keyfiyyətlərlə nəfəs alan, təsəlli tapan, stimul alan başqa bir millət yer üzündə yoxdur”.



Xəbərlər  Tarix:   16 Noy 2020 / 13:01


« Əvvəlki xəbər (747 / 4931) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR