Tovuz rayonu Ağdam kəndində Şəhid Elşad Məmmədovun evində Qələbə sevinci

Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə qırx dörd gün davam edən hərbi əməliyyatlarla bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Xalq-Ali Baş Komandan birliyi Ordumuzun zəfər yürüşünün əsasını təşkil etdi.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi.
Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı.
Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi yaxşı bildiyini bir daha nümayiş etdirdi.
Bu şanlı qələbəmiz Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının məntiqi yekunudur.
2020-ci il noyabrın 10-nu günü Tovuz da ən əlamətdar tarixini yaşayırdı. Sərhəd bölgəsində yerləşən və bu Vətən müharibəsinin başlanmasını qaçılmaz edən Tovuz hadisələrini yaşayan tovuzlular Qələbəni qeyd edərək onun sevincini yaşamaq üçün küçə və meydanlara axışmışdılar. Kiçik yaşlı uşaqlardan tutmuş ixtiyar qocalaradək bütün əhali təbəqələri bayram coşqusuna qatılmışdı. Hər tərəfdən musiqi sədaları, çal-çağır eşidilirdilirdi.
Tovuz şəhərinin mərkəzi meydanı, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı, Tovuz və Qovlar şəhərlərinin, kəndlərin prospekt, küçə və parkları insan seli ilə aşıb-daşırdı. Hətta Tovuzlular Vətən müharibəsinin zəfər çalmasında verdiyimiz ilk şəhidimiz Elşad Məmmədovun ata anasını ziyarət edərək onlara göz aydınlığı verərək vətənpərvər şüarlar səsləndirdilər. "Poladlar ölməz", "Elşadlar ölməz", "Başını dik tut Şəhid atası" "Sən bir oğul itirdin, minlərlə oğul qazandın" Bu şüarlarla Tovuz Şəmkir gəncləri Şəhid Elşadın atası Dönməz atanın və Nuriyyə ananın əllərini öpüb Oğlunuzun qanı yerdə qalmadı deyə söylədilər. Şəhərdən gələn qonaqlarımız Tarixçi alim Anar Hüseynov, Həci Rəşad, Kərbəlayi Fuad, Qazimiz Səbuhi, Təbriz bəy, Ruhiyyə xanım Hətta İyun hadisələri başlayandan bura öz şəxsi və ətrafının hesabına Şəhid Elşad Məmmədovun evində çalışıb əsgərlərimiz üçün şərait yaradan Seyid Elman Əsədullayevin və Bakı Tovuz yolunda olaraq əziyyətimizi çəkən sürücümüz Fuad Əliyevin iştirakı ilə Şəhid Elşad Məmmədovun həyətində Qələbə Qurbanları kəsildi. Bizim Tovuza getməyimizə təşkillatçılıq edən Abşeron rayon Mehtiabad qəsəbəsində yerləşən çörək sexinə Hacı Məmmədağa müəllimə sex rəisi Vüqar müəllimə əməyi keçən Dilarə xanıma Anar müəllimə və Vüqar bəyə. Biz Həmişə Sizinləyik komandası və Ugurmedia.az ailəsi adından təşəkkür edirik. Pandemiya ilə əlaqədar insanlar nə qədər sosial məsafəni gözləsələr də, yenə bəzən özlərini saxlaya bilmir, bir-biri ilə səmimi şəkildə bayramlaşırdılar. Azərbaycan bayrağına bürünmüş gənclər “Azərbaycan!”, “Ən böyük Ordu-bizim Ordu!”, “Yaşasın Ali Baş Komandan!”, “Yaşasın Azərbaycan ordusu!”, “Qarabağ Azərbaycandır!” “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüar və çağırışlar səsləndirirdilər.
Ayrı-ayrı adamlar öz evlərinin qarşısında, sahibkarlar xidmət obyektləri önündə bayram süfrələri açaraq xalqın Qələbə sevincini onlarla bölüşmələrinə dəvət edirdilər.
Tovuzda tarixi Qələbə ilə əlaqədar şənliklər və bayram gəzintiləri hərbi vəziyyətlə bağlı olan komendat saatı başlayana kimi yekunlaşdırıldı. Allah Ordumuza güc Qazilərimizə can sağlığı Şəhidlərimizə rəhmət eləsin.
İctimai Əlaqələr Şöbəsinin Müdiri: Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   17 Noy 2020 / 12:38


« Əvvəlki xəbər (732 / 4931) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR