Sevinc göz yaşlarını tuta bilməyən polisimiz

Ugurmedia xəbər və informasiya agentliyi 10 noyabr bütün torpaqlarımızın işğaldan azad olunması gününü qeyd etmək üçün , bütün vətəndaşlar və qrum işçiləri kimi, yollarda idi. Və hər cür maraqlı situasiyalarla qarşılaşdıq. Burda Cənab Prezidentimiz İlham Əliyevin tarixə düşən sözlərini əks etdirən plakatlar ,yazılar “İti qovan kimi qovduq” , “Qarabağ Azərbaycandır!” və digər bunun kimi şüarlar əlində vətəndaşları , gənc ogullarımızı , yaşlı insanları ,qızlarımızı və hətta balaca balalarımızın belə vətənpərvər ruhlu sözlərini eşitdik.
Həmin gün ən çox məsuliyyət asayişin keşiyində olan Polislerimiz də idi. Amma bizi ən çox duygulandiran hadisə bir polisimizin göz yaşları idi. Onun qürurlu duruşu , əzmkar baxışları və dolmuş gözləri nə qədər kövrək ürəyə sahib olduğundan xəbər verirdi.
Araşdırmalar nəticəsində həmin şəxsin 39- cu polis bölməsinin Sahə rəisi polis mayoru Tehran Sadıxovdur. Biz həmin polis bölməsində olduq onun iş yoldaşlarıda onun necə vətənpərvər olduğundan danışdı.Qeyd edək ki bu yalnız bizim qarşılaşdığımız situasiyadan biri idi...
Biz Uğurmedia olaraq Cənab prezidentimiz İlham Əliyevin gülər üzünü ,sevincli danışığını eşidəndə öz növbəmizdə bu uğura çox sevindik. Biz daima Cənab Prezidentimizin uğurlu siyasətini dəstəkləyirik.
Uğurlu gələcək İlhamla gələcək !



Öz xəbərlərimiz  Tarix:   19 Noy 2020 / 13:15


« Əvvəlki xəbər (1089 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR