Ağdamlı Ruhun şad olsun Şəhidim.

Dünənə kimi uzaqda görünən şəhər, artıq bir addımlığımızdadır. 27 ildə dəfələrlə yandırılan, tüstüsü ərşə çəkilən şəhər... 27 ildir ayrı düşdüyümüz şəhər... 27 il sahibsiz qəribsəyən, bütün dünyada təklənən şəhər... Bir zamanlar əzəməti, vüqarı dünyaya bəlli olan və buna görə də dünyanın gözü götürmədiyi şəhər... Bu şəhər düz beş il ədalətsiz dünya ilə döyüşdü. Nəhayət, qeyri bərabər gedən bu döyüşdə iflic vəziyyətə salındı. Bununla da ürəkləri soymadı. Taladılar, yandırdılar bu şəhəri. Səmasın da qaratdılar ağ şəhərimizin... Artıq bitdi işğal. Şəhərimizin yenidən gözəlləşməsi, ağ damlarla bəzədilməsi, yenidən iqtisadi patensalı yüksək olan şəhərə çevrilməsi üçün üzü olan ağdamlılar üzlərini Ağdama tutacaq və hərə əlini daşın altına qoyacaq. Biz birlikdə güclüyük və birlikdə Ağdamı yenidən lider rayon edəcəyik.
Ağdam boyda dərdi ürəklərində qubar edən və bu dərdlə yaşaya bilməyib, Ağdamsızlığa dözməyib dünyasını dəyişən Şahmar Əkbərzadə, Famil Mehdi, Surxay Əlibəyli kimi yazarların ruhları indi bayram edir. Ağdam uğrunda son damla qanlarına kimi döyüşən Allahverdi Bağırovun, Şirin Mirzəyevin, Canpolad Rzayevin, Ərşad Nadirovun, Yelmar Ebilovun və digər minlərlə şəhidimizin, Ağdamdan kənarda dünyasın dəyişmiş Qarabağ qazilərinin ruhları indi Ağdamın səmasında şaddır.
27 ildir qəbrə qoyulduqda gözlərinə tökülmək üçün bir ovuc Ağdam torpağının həsrəti ilə yaşayan ahıl insanlarımız öz arzularına qovuşdular.
27 ildə vaqonlarda, çadırlarda, palçıq evlərdə, fin evlərində, daş evlərdə, məktəb, baxşa, xəstəxana, sanatoriya, idarə binalarında, qohum evlərində, kirayələrdə yaşamış ağdamlıların nahəyət Ağdamlı sabahları açıldı. 27 idə 5-6 dəfə köç edən insanlar sonuncu dəfə öz əcdadlarının yaşadığı Ağdama köç edəcək.
9975 gecə Ağdamın həsrəti ilə yuxuya keçən insanların xəyalları gerçək, yuxuları çin oldu.
Ağdam şəhərində tarixi məscidimiz, möhtəşəm mədəniyyət evimiz, dram teatırımız, mədəniyyət və istirahət parkımız, zavodlarımız, fakriklərimiz, yaraşıqlı küçələrimiz, məktəblərimiz, xəstəxanalarımız, evlərimiz, bazarımız, bərpa olunacaq
27 ildə qaysaq bağlamayan Ağdam yaramız nəhayət sağalacaq!
9975 gündə bir an olsun belə Ağdamı unutmayan ağdamlılar, gözləriniz aydın, Ağdama dönən yollarınız isə açıq olsun.
Bu sevici bizlərə nəsib edən müzəffər Ordumuza və onun Ali Baş Komandanına öz təşəkkürümüzü bildirmək üçün Ağdamlı Şəhid Milli Qəhrəmanımız Yelmar Ebilovun məzarı üzərinə toplaşdıq və pandemiya qaydalarına uyğun olaraq öz sevincimizi Şəhid Milli Qəhrəmanımızın ruhu ilə paylaşdıq. İkinci Fəxri xiyabanda olan tədbirdə Milli Qəhrəmanın ailə üzvləri ilə bərabər bir çox media nümayəndələri, Qazilərimiz, Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, Ugurmedia.az-ın Təsisçisi və baş redaktoru Tərlan Abbasov jurnalist Rəna Salmanova, Gənc Aktyorumuz Ənvər Məmmədov və Ana Vətən qrupunun fəal üzvləri Əli, Zəhra Hüseynli bacı qardaşları və Aysu İsayılovada iştirak edirdilər. Allahdan Şəhidlərimizə rəhmət ailələrinə isə səbr diləyirik. Ağdama xoş gəldik
Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikasının Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin mətbuat xidmətinin rəhbəri və Uğurmedi.az-ın İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı



Öz xəbərlərimiz  Tarix:   23 Noy 2020 / 11:12


« Əvvəlki xəbər (3044 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR