Qarabağ regional ədliyyə idarəsi təsis olundu

İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkilinə dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən qarşıda duran vəzifələrin mütəşəkkil və operativ icrasının təmin olunması məqsədilə nazirliyin rəhbərliyindən və aidiyyəti məsul şəxslərindən ibarət Qərargah yaradılıb.
"Report" xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov bildirib.
Onun sözlərinə görə, Ermənistanın müharibə və insanlıq əleyhinə cinayətləri, işğalçılığa və separatçılığa dəstək xarakteri daşıyan iqtisadi və digər qeyri-qanuni fəaliyyəti ilə bağlı milli və beynəlxalq qanunvericiliyin təhlili, işğaldan azad olunmuş ərazilərdə ədliyyə və məhkəmə infrastrukturuna dəymiş ziyanın dəqiqləşdirilməsi və bu orqanların fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsi, habelə ədliyyə orqanlarının qarşısında duran digər vəzifələr müəyyən edilmiş və onların mütəşəkkil icrası məqsədilə yeni Qarabağ regional ədliyyə idarəsi təsis olunub.



Xəbərlər  Tarix:   23 Noy 2020 / 12:40


« Əvvəlki xəbər (680 / 4930) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR