Dağıstanın başçısı koronavirusa yoluxub

Dağıstan Respublikasının başçısı səlahiyyətlərini müvəqqəti icra edən general-polkovnik Sergey Melikovda COVID-19 aşkarlanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Dağıstan hökumətinin mətbuat xidməti yayıb.
General-polkovnik özünü yaxşı hiss etdiyini və təcrid vəziyyətində işləməyi planlaşdırdığını deyib.
Qeyd edək ki, S.Melikov 2020-ci il oktyabrın 5-də təyin edilib. O, Vladimir Vasilyevi əvəzləyib.



Xəbərlər  Tarix:   25 Noy 2020 / 11:37


« Əvvəlki xəbər (1036 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR