Azərbaycan YPX İnspektorunun özbaşınalığı

Hörmətli oxucularımız bildiyimiz kimi Uğur Media olaraq hər zaman vətəndaşların probləmləri və onların həlli ilə bağlı mövzular bizim tərəfimizdən diqqət mərkəzində olub.Ötən günlərin birində Azərbycan Respublikasının vətəndaşı olan Rzayev Zaur yaxın zamanlarda başına gələn bir hadisə ilə bağlı mediamıza müraciət edərək başına gələn hadisəni əməkdaşlarımıza danışıb.Vətəndaş Rzayev Zaur mediamıza verdiyi məlumatda bildirir ki, 90LK248 qeydiyyat nişanlı avtomobili ilə Dərnəgül ərazisində hərəkət edərkən 99YP268 (Məmmədli Yusif Qəhrəman oğlu) qeydiyyat nişanlı YPX avtomobili ona “saxla” əmrini vermişdir.Vətəndaş Rzayev Zaur müraciətində qanuna əsasən əmrə riayət etdiyini, avtomobili saxladığı zaman YPX inspektorunun özünü təqdim edərək sənədləri istədiyini və avtomobilinin sükan idarə etmə qurğusunun sağa sola döndərməyini söylədiyini və bu zaman avtomobildə konstruksiya dəyişikliyinin olduğunu söyləmişdir.
Qanuna müvafiq olaraq 342.2.3 maddəsinə əsasən, Nəqliyyat vasitəsinin tam kütləsinin bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişiklər edilməsini nəzərə alaraq sübuta yetirildiyi təqdirdə cərimə tətbiq olunmalıdır.
Lakin Uğurmedia olaraq əməkdaşımız Mətanət Akif qızının apardığı araşdırmalar nəticəsində məlum olmuşdur ki, hazırki vəziyyətdə qanuni olaraq 342.2.3 maddəsi sübut olunmadığı üçün heç bir qanuna zidd düzəlişlər qeydə alınmamışdır.
Bununla bərabər əməkdaşımız Mətanət Akif qızı cərimə meydançasında olduğu zaman polis əməkdaşları və sahə raisi də təsdiq etmişdir ki, vətəndaş Rzayev Zaurun idarə etdiyi 90 LK 248 qeydiyyat nişanlı avtomobil səbəbsiz olaraq cərimə meydançasına gətirilmiş və protokol təqdim edilmişdir. Daha sonra isə vətəndaş öz hüquqlarını qoruyaraq haqlı tərəf kimi YPX inspektoruna hansı maddəyə əsasən ona cərimə tətbiq olunduğunu soruşanda polis əməkdaşı ona heç bir söz söyləyə bilməmiş və əksinə vətəndaşın şərəf və ləyaqətini alçadacaq söz deyərək “ Mən sənin kimi savadsız insanlarla danışmaqdan bezmişəm” ifadəsini səsləndirmişdir. Vətəndaşın bu şəkildə, haqlı ikən haqsız vəziyyətə düşürülməsi və özəlliklə şərəf və ləyaqətinin kobud şəkildə alçaldılması heç bir qanun və insanlığa xas olan bir hərəkət deyil. Bunlardan əlavə hadisə ilə bağlı onuda bildirmək istəyirəm ki, hadisə zamanı polis əməkdaşları vətəndaşı 17-ci polisinə aparmışdır.Səbəbi olmadan Rzayev Zauru 6 saat bölmədə saxlamış və vətəndaşın idarı etdiyi avtomobili cərimə meydançasına aparmış və 2 gün orada saxlamışlar. Haqqında sözü gedən Rzayev Zaur isə son zamanlarda baş verən talehsiz hadisələr ilə bağlı Bərdə rayonunda yaşayan vətəndaşlara kömək etmək məqsədilə onlara ərzaq yardımı etmək üçün Bərdə rayonu istiqamətində hərəkət edirmiş YPX inspektorunun sərgilədiyi qanunun heç bir maddəsinə xas olmayan qeyri qanuni öz başınalığı nəticəsində vətəndaşın aldığı ərzaqlar 2 gün avtomobilin saxlanması müddətində cərimə meydançasında saxlanılan avtombildə qalaraq xarab olmuşdur. Nəticədə bu özbaşınalıq haqqında Uğurmediaya müraciət edən vətəndaş Rzayev Zaurun verdiyi məlumata görə ona maşının cərimə meydançasından çıxararkən evakuator xidmətinə 20 AZN eyni zamanda avtomobilin 2 gün cərimə meydançasında qalmasına görə 5 AZN ziyan dəymişdir.
Hörmətli oxucular vətəndaşın müraciəti ilə qələmə aldıqlarımızdan məlum olduğu kimi vətəndaşın qanuni olaraq heç bir təqsiri olmadan, ona bu şəkildə ziyan vurması məmur özbaşınalığının bir başa qeyri şərdsiz bariz nümunəsidir.Belə halların baş verməməsi üçün hər bir vətəndaş kimi, hər bir polis məmuru da öhdəliklərin və qanuni tələblərini dəqiqliyi ilə bilməli, daha sonra tərəfi təqsirləndirməlidir.
Həyatda kim olursunuzsa olun, fərq etmir hər bir vəziyyətdə vəzifə və kimliyindən asılı olmayaraq hər zaman ilk öncə qanunlara əsasən haqq və ədalətlə davranmağı bacarmalısınız.
Yazdı: Diana Cəlali



Hüquqi yardım  Tarix:   26 Noy 2020 / 17:23


« Əvvəlki xəbər (1032 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR