Vətəndaşın Uğur Mediaya müraciəti

Hörmətli oxucularımız Uğur Media olaraq daha bir uğura imza atdıq.Uğur media olaraq hər zaman öz üzərimizə düşən öhdəliklərin üstəsinden mediamızın adına layiq şəkildə gəlməyə çalışırıq.Bu gün isə sizə növbəti əlde etdiyimiz uğurumuzdan yazacağıq. Vətəndaşımız Həsənova Sevda Şahbaz qızı dövlət tərəfindən ona kəsilən alimentin verilməsi ilə bağlı mediamiza müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılaraq problem xəbər agentliyimiz tərəfindən ictimaitləşdirilmişdir.Bunun sayəsinde aidatı qurumlar öz öhdəliklərinə düşən hər şeyi yerinə yetirmişdi.Lazımı orqanların isə baxması nəticəsində məhkəmə prosesi başladıldı və alimentin verməli olan şəxs Mirzəyev Fuad Qaryağdı oğluna alimentin verilməsi üçün 1 ay müddətində vaxt verilmişdir. Lakin vətəndaş məhkəmənin qərarını heç sayaraq alimentdən yayınmağa çalışmışdır.Daha sonra bele olan təqdirdə vətəndaş Mirzəyev Fuad Qaryağdı oğluna hakim Vüsal Qurbanovun iştirakı ilə ikinci dəfə keçirilən məhkəmənin qərarı ilə 10 sutka həbs cəzası verilmişdir. Ədliyyə nazirliyi ilə bərabər,digər aidiyyatı qurumların və Uğur Medianın da apardığı araşdırmalar və gördüyü işlər nəticəsində vətəndaş Sevil Həsənova Şahbaz qızının problemi həll edmişdir. Daha öncədən də lazımi orqanlara müraciət etməsinə baxmayaraq müraciətinə baxılmayan Sevil Həsənovanın mediamıza müraciəti nəticəsində keçmiş həyat yoldaşı Mirzəyev Fuad Qaryağdı oğlunun verməli olduğu alimentin ödənilməsi prosesi həyata keçirilmişdir.
Bütün bu proseslerin həyata keçirilməsində, bizə müraciət edən vətəndaşların şikayətlərinin sona qədər həll edilməsində Uğur Media komandası olaraq hər zaman əlimizden gələni edirik ve öhdəliyimizə götürdüyümüz işlərin həllində uğur qazanana qədər çalışırıq.Bütün bu xidmətlərin yerinə yetirilməsində mediamıza göstərdiyi böyük dəstəklərə görə Icra baş idaresinin rəisi cənab ilqar Cəfərov Nərimanov rayon İcra ve probasiya şöbəsinin rəisi Zaur Abdullayev müavini Ayaz Nuqayli icra məmuru Azər Əliyev Ədliyyə Naziri Cənab Fikrət Məmmədov və əməyi keçən bütün polis orqanları və aidiyyatı orqanlara mediamız Uğur Media adından öz dərin təşəkkürümüzü bildiririk.



Xəbərlər  Tarix:   30 Noy 2020 / 16:58


« Əvvəlki xəbər (2987 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR