Azərbaycan Ordusunun şəhid hərbçisi Cəlilabadda dəfn edilib

Azərbaycan Ordusunun şəhid olan müddətdən artıq xidmət edən hərbi qulluqçusu Araz Səmədağa oğlu Cəfərovun nəşi doğulduğu Cəlilabad rayonunun Qarazəncir kəndinə gətirilib.
"Report"un Muğan bürosunun məlumatına görə, şəhidlə yaşadığı evində vida mərasimi keçirilib.
Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər. Daha sonra şəhid doğulduğu Qarazəncir kənd qəbiristanlığında dəfn edilib.
Onun tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin yaxınlarına təqdim edilib.
Allah rəhmət eləsin!



Xəbərlər  Tarix:   2 Dek 2020 / 16:42


« Əvvəlki xəbər (619 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45