SON DƏQİQƏ: Operativ Qərargah MƏLUMAT YAYDI

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 4 189 yeni yoluxma faktı qeydə alınıb, 2 072 nəfər sağalaraq evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sonxeber.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 40 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 133 733 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 81 234 nəfər müalicə olunaraq sağalıb, 1 510 nəfər vəfat edib, aktiv xəstə sayı 50 989 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 609, bu günə qədər isə ümumilikdə 1 781 218 test icra olunub.



Xəbərlər  Tarix:   3 Dek 2020 / 16:00


« Əvvəlki xəbər (613 / 4931) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR