COVID-19 səbəbindən xəstəxanaya yerləşdirilmə riskini kəskin şəkildə artıran amil açıqlanıb

Alimlər COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilmə ehtimalına ən çox təsir edən amili açıqlayıblar.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, müvafiq araşdırma “PLOS ONE” jurnalında dərc olunub.
“Geisinger” mütəxəssislər qrupu martın 7-dən mayın 19-dək xəstəxana sistemində COVID-19 testi verən 12 971 nəfərin tibbi kartlarını təhlil edib. Bu qrupdan 1 604 nəfərin COVID-19-a yoluxduğu müəyyənləşib və onlardan 354 nəfəri xəstəxanaya yerləşdirilməli olub. Tədqiqatçılar böyrək, ürək-damar, tənəffüs sistemi və metabolik xəstəliklər ilə COVID-19 səbəbilə xəstəxanaya yerləşdirilmə arasındakı əlaqəni araşdırıblar.
Məlum olub ki, xroniki böyrək xəstəliyi xəstəxanaya yerləşdirilmə ilə ən çox əlaqəsi olan amidir, böyrək çatışmazlığının ən ağır mərhələsi olan terminal mərhələdə olan pasiyentlərin xəstəxanaya yerləşdirilmə ehtimalı isə böyrək xəstəliyi olmayan xəstələrə nisbətən 11 dəfə çoxdur.
Alimlərin fikrincə, bu vəziyyət böyrəklərin ən yüksək ifadəli ACE2 toxumalarına aid olması, ACE2-nin isə SARS-CoV-2-nin reseptoru olması ilə əlaqəli ola bilər.



Xəbərlər  Tarix:   3 Dek 2020 / 17:29


« Əvvəlki xəbər (608 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45