Dekabrın 15-dən Azərbaycanda 3 günlük iş sistemi tədbiq edilə bilər-AÇIQLAMA

Azərbaycanda gündəlik koronavirusa yoluxanların və ölənlərin sayı kəskin artıb. Belə ki, dekabrın 6-da 4356 nəfər koronavirusa yoluxub, 39 nəfər isə isə vəfat edib. Yoluxmaların qarşısını almaq üçün 2 həftəlik 3 günlük iş sistemi təklif olunur. Dekabrın 15-dən 2 həftəlik 3 günlük iş sisteminə keçirilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, Azərbaycanda 15 gün həftədə 3 günlük iş sisteminə keçilə bilər:
"İş günlərinin azadılması yoluxmaların sayında azalmaya səbəb ola bilər. Digər günlərdə isə "sms icazə" sistemi tədbiq edilə bilər. Bundan əlavə 2 həftəlik biz aprel ayındakı sərt karantin rejiminə keçə bilərik. Çünki yoluxmaların sayı günbəgün artır. Artıq ailəliklə yoluxma halları çoxalıb. Bir az əvvəl bir pasientlə danışdım. Ailəsindəki bütün insanlar koronavirusa yoluxub. Real rəqəmlər 4300 deyil, yəni çoxdur. 4300 sadəcə analiz verən və həkim müayinsəindən keçən insanların statistikasıdır. Təcili karantin rejimi sərtləşdirilməlidir. Yanacaq doldurma məntəqələrində benzin limitlə satılmalıdır. Hər maşına 5 litr. Bundann əlavə kafe-restoranlar, aptek və marketlərdən başqa digər ictimai-iaşə obyektləri bağlanmalıdır. İki həftə karantin rejimi sərtləşə yoluxmaların sayında azalmalar ola bilər".
Aysel Yusifqızı



Xəbərlər  Tarix:   7 Dek 2020 / 15:07


« Əvvəlki xəbər (606 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45