Zəfər Günü iş olmayacaq - Rəsmi

Azərbaycan Respublikasında Anım Günü ilə bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.
Sonxeber.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sabah videkonfrans formatında keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Əmək Məcəlləsinə təklif edilən 106.1 maddəsinə (Azərbaycan Respublikasında Anım Günü) əsasən, hər il sentyabrın 27-i Azərbaycan Respublikasının işğal altında olan torpaqlarının azad edilməsi uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü – Azərbaycan Respublikasında Anım Günü olacaq.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" 2 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.
Azərbaycan Respublikasında Zəfər Günü ilə bağlı da Əmək Məcəlləsinə dəyişiklik edilir.
Dəyişikliyə əsasən, hər il noyabrın 8-i Zəfər Günü olacaq.
Zəfər Günü iş günü hesab olunmayan bayram günlərinə aid ediləcək.
Qeyd edək ki, qanun layihəsi Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında" 3 dekabr 2020-ci il tarixli sərəncamından irəli gəlir.



Xəbərlər  Tarix:   7 Dek 2020 / 16:31


« Əvvəlki xəbər (977 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR