İctimai nəqliyyatda da hərəkət iştirakçılarının normalara əməl etməsinə nəzarət gücləndirilib

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai nəqliyyatda hərəkət iştirakçılarının normalara əməl etməsinə nəzarət gücləndirilib.
Noyabrın 30-dan dekabrın 6-dək tarixlərdə keçirilən nəzarət-profilaktik tədbirlər nəticəsində respublika ərazisində fəaliyyət göstərən taksilərdə şəffaf arakəsmələri təmin etməyən 46 sürücü müəyyən olunub.
Eləcə də bu müddətdə ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən 533 şəxs aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunub.
Polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”dən irəli gələn tədbirlər davam etdirilir.
Diqqətə çatdırırıq ki, sərnişinlərlə sürücünün fiziki təmasının məhdudlaşdırılması üçün nəqliyyat vasitələrində şəffaf, hava keçirməyən arakəsmələr quraşdırılmalı, şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda oturmalıdırlar. İctimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalıdır.



Xəbərlər  Tarix:   9 Dek 2020 / 15:14


« Əvvəlki xəbər (2945 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR