Dünyanın ümidi Çinin istehsal etdiyi koronavirus peyvəndinədir

Koronavirusa qarşı vaksin istehsal etmək üçün qlobal yarış davam edərkən Çin ən qabaqcıl vaksin istehsalçılarından biri olan “Sinovac” şirkəti ilə uğur qazanmağı bacarıb.
“Report” xəbər verir ki, “BBC News” bu barədə araşdırma yazısı dərc edib.
Qeyd olunub ki, “CoronaVac” adlanan vaksinin istehsalına artıq başlanılıb. Vaksin ölü virus hissəciklərinin təhlükə törətməyəcək şəkildə bədənə yeridilməsi və bu yolla virusa qarşı immunitet müqaviməti yaratmağa əsaslanır. Bu vaksinin digərlərindən əsas fərqi quduzluğa qarşı istifadə olunan daha ənənəvi bir metodun tətbiqi ilə istehsal edilməsidir.
“CoronaVac”ın digər vaksin nümunələri ilə müqayisədə bir sıra üstün cəhətləri ortaya çıxıb. Belə ki, “Moderna” şirkətinin peyvəndi mənfi 20, “Pfizer” peyvəndi isə mənfi 70 dərəcədə saxlanmalıdır. Bu vaksin isə adi soyuducuda saxlana bilər. Vaksin bu halda keyfiyyətini qoruya bilir. Deməli, aşağı temperaturlarda çox miqdarda vaksin saxlaya bilməyəcək inkişaf etməkdə olan ölkələr üçün “CoronaVac” daha faydalıdır.
Vaksinin klinik sınaqları da uğurlu olub. Birinci mərhələdə 144, ikinci mərhələdə isə 600 iştirakçıya vaksin vurulub və sonuclar vaksinin “təcili istifadə üçün əlverişli” olduğunu təsdiqləyiblər.
“Sinovac” şirkəti yeni inşa edilən 20.000 kvadratmetrlik zavodunda ildə 300 milyon doza istehsal edə biləcək. Hazırda vaksinin sınaq mərhələsi davam edir. Onun effektivliyi, həmçinin yan təsirlər yaratmaq baxımından təhlükəsizliyi test edilir.
Artıq İndoneziya, Çili və Türkiyə bu vaksindən tədarük edəcəyini açıqlayıb. Həmçinin Çinin yoxsul Afrika ölkələrinə ekspansiya siyasətində bu vaksinlərdən istifadə edəcəyi də istisna olunmur. Afrika ölkələrindən bəziləri Çindən bu barədə kömək istəyib.
Qeyd edək ki, Çin “Sinopharm” şirkəti ilə başqa bir vaksin nümunəsi üzərində də çalışır.



Xəbərlər  Tarix:   9 Dek 2020 / 17:10


« Əvvəlki xəbər (947 / 5298) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR