İtaliyanın dövlət katibi Ağdama səfəri ilə bağlı təəssüratlarını bölüşüb

İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
"Report" xəbər verir ki, dövlət katibi bununla bağlı özünün “Facebook” səhifəsində status paylaşıb.
O, vaxtilə Azərbaycanın ən inkişaf etmiş şəhərlərindən biri olan Ağdamın indi “ruhlar şəhəri” kimi tanındığını yazır. Həmçinin, bir zamanlar on milərlə insanın yaşadığı bir şəhərdə hazırda tənəzzülün müşahidə olunduğunu, qəbirlərin dağıdıldığını, məscidlərin tövləyə çevrildiyini diqqətə çatdırır.
Manlio Di Stefano imzalanmış üçtərəfli Bəyanata əsasən bu torpaqların Azərbaycana geri qaytarılmasından bəhs edir. O, İtaliya hökumətinin bu ərazilərdə mədəni irsin qorunması və bərpası, infrastruktur işlərinin həyata keçirilməsi ilə bağlı Azərbaycana əməkdaşlıq təklif etdiyini bildirir.
Dövlət katibi Ağdam şəhərində çəkdiyi şəkilləri “Facebook” səhifəsində paylaşıb.



Xəbərlər  Tarix:   9 Dek 2020 / 16:24


« Əvvəlki xəbər (2938 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR