ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub

Albaniyanın keçmiş xarici işlər naziri Ditmir Buşati ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Xüsusi nümayəndənin mandatına Cənubi Qafqaz bölgəsində ümumi siyasi vəziyyətin monitorinqi, həlli uzanan münaiqşələrlə əlaqədar barışığı təşviq etmək üçün bütün təbəqlər arasında, xüsusən də parlamentlər səviyyəsində dialoqun inkişafına töhfə vermək daxildir.
D.Buşati həmçinin ATƏT rəhbərliyi və icraçı qurumları, Minsk qrupu və onun həmsədrləri ilə sıx iş aparacaq.



Xəbərlər  Tarix:   9 Dek 2020 / 17:39


« Əvvəlki xəbər (941 / 5298) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR