Könüllü əsgər

Yolumuz cəbhənin Ağdam rayonu istiqamətinədir. Demək olar ki, cəbhənin bu istiqaməti ümumilikdə ən çətin bölgələrdən biri sayılır. Ona görə də burada söz sahibi silah və cəsarətdir. Silaha sarılan cəsur əsgər anbaan düşmən bölmələrini müşahidə edərək yaranan təxribata layiqincə cavab verir.
Həmsöhbətim əslən Ağdamın Qalayçılar kəndində 19.09.1999-cu ildə anadan olan və Vətənin dar günündə Vətənin keşiyində duran könüllü əsgər İldırımlı Məhəmməd Fəqan oğludur.
Könüllü Xidmətə yola düşməzdən əvvəl xidmət etdiyim ərazilərin düşmən tapdağı altında olduğunu televizordan izlədikcə bir Ağdamlı olaraq məndə məsuliyyət hissi oyanırdı ki məs biz öz doğma torpaqlarımızı yağı düşməndən təmizləməliyik.Burada xidmət aparmaq ciddi məsuliyyət tələb edir. Ancaq məsuliyyətli olduğu qədər də şərəflidir. Artıq 3aydır burada könüllü olaraq Vətənə xidmət edirəm. Mən çox sevinirəm ki, ata baba yurdumun geri qaytarılmasında azda olsa mənimdə payım var Məhəmməd ailənin kiçik övladıdır. Özündən böyük bir bacısı da var. Onun sözlərinə görə, bacısı və ata anası ön xəttə xidmət etdiyinə görə onunla fəxr edirlər. Məhəmməd isə bu fəxarətə layiq olmaq üçün yalnız bir istəyi olduğunu deyir:
Əlbəttə dəfələrlə düşmən təxribatının qarşısını layiqli şəkildə almışıq. Burada bizə rəhbərlik edən komandirlərin peşəkarlıq səviyyəsinin yüksək olması qarşımızda duran düşmən bölmələrinin təxribat törətmək arzusunu gözündə qoyur. Sutka ərzində və istənilən hava şəraitində düşmənin atdığı hər addımı izləyə bilir, onların planına qarşı önləyici tədbirlər görməyə həmişə hazırıq. Ən böyük istəyim, arzum düşməni məhv etmək və döyüşdə qələbə qazanmaq idi. Şükürlər olsun ki bu arzuma layiqincə çatdım. Bax indi mənimlə fəxr edən ana ata və bacıma layiq olduğuma daha da sevinirəm.
Könüllümüz Ugurmedia.az vasitəsi ilə oxuculara Azərbaycan ordusunun hər zaman döyüşə hazır olduğunu və düşməni əsla torpağımıza yaxın buraxmayacağını söylədi. Özüm və silahdaşlarım adından bildirmək istəyirəm ki, Azərbaycan əsgəri hər an, hər dəqiqə döyüşə hazırdır. Ali Baş Komandanın əmri ilə biz işğal altında olan torpaqlarımızı düşməndən təmizlədik, və göz bəbəyimiz kimi, qoruyacayıq. Bu sözləri əminliklə deməyimə səbəb ordumuzda olan ruh yüksəkliyi, peşəkar komandanlıq tərəfindən idarə olunmaq və biz əsgərlərin döyüş qabiliyyətinin daha da yüksəldilməsi üçün keçirilən hərbi təlimlərdir. İnşallah qələbəmiz əbədi olar. Bizdə Ugurmedia.az ailəsi adından Məhəmmədə və bütün əsgərlərimizə uzun ömür can sağlığı arzulayırıq. İctimai Əlaqələr Şöbəsinin Müdiri Mətanət Akifqızı.



Xəbərlər  Tarix:   15 Dek 2020 / 15:40


« Əvvəlki xəbər (2924 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR