Azərbaycanda onlayn dərslər bu tarixdə bitə bilər - AÇIQLAMA

Ölkədə mövcud pandemiya səbəbindən bütün təhsil müəssisələrində dərslər distant şəkildə keçilir. Mütəxəssislər praktiki təhsilin labüd olduğu ixtisaslarda oxuyan tələbələrin distant təhsil zamanı öz peşələrinə lazımınca yiyələnə bilmədiklərini qeyd edirlər. Lakin ölkə ərazisində koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur. Bir çox həkimlər bu vəziyyətin bir neçə aydan sonra stabilləşəcəyi ilə bağlı fikirlər səsləndirirlər. Azərbaycanda onlayn təhsil nə zaman bitə bilər?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, indidən onlayn dərslərin nə zaman bitəcəyi ilə bağlı fikir səsləndirmək çətindir:
"Biz hələ də ölkəmizdə bu xəstəliyin sürətlə artdığını görürük. Bəzən də rəqəmlərin 3000-4000 arasında dəyişdiyini müşahidə edirik. Gündəlik yoluxanların sayında artım var. Hələlik stabilləşmə yoxdur. Ona görə də indidən konkret fikir səsləndirmək çətindir. Ola bilər ki, ikinci semestrdə hər şey qaydasına düşsə, yoluxanların sayı azalaraq stabilləşsə, xəstəliyin yayılmasında ciddi səngimə olsa, ənənəvi qaydada dərslərin keçirilmə məsələsinə baxıla bilər.
Əlbəttə ki, bu, yoluxanların sayından və artım tempindən asılı olacaq. Bu barədə hələlik konkret fikir söyləmək mümükün deyil. Əsasən aşağı siniflərdə şagirdlərdə konkret bacarıqlar formalaşmayıb. Ona görə də daha çox ənənəvi təhsil aşağısiniflər üçün vacibdir.
Onlayn dərs ənənəvi təhsili tam əvəz eləmir. Ali və orta məktəblərdə zaman-zaman müəyyən çətinliklər yaranır. Amma daha çox ənənəvi təhsil aşağı siniflər və kurslar üçün zəruridir. Çünki onlarda hələ ilkin bacarıq formalaşmayıb. Bu baxımdan hazırki, mərhələdə bunu nəzərə almağımız vacibdir. Əlbəttə, hər şey vətəndaşlarımızdan asılıdır. Vətəndaşlarımız maksimum özlərini qorumalıdırlar ki, biz bu prosesin nəzarətdən çıxmasına imkan verməyək".



Xəbərlər  Tarix:   16 Dek 2020 / 13:28


« Əvvəlki xəbər (2923 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR