Azərbaycanda özəl müəssisələrdə iş saatı 16:00-a qədər müəyyənləşə bilər - AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxan və ölənlərin sayında xeyli artım müşahidə olunur. Yoluxma sayının artma səbəbi kimi ictimai nəqliyyatdakı sıxlıq göstərilir. Avtobuslarda sıxlığın aradan qaldırılması üçün müxtəlif təkliflər mövcuddur. Həmin təkliflərdən biri də özəl müssisələrdə iş saatının azaldılmasıdır.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, pandemiya ilə mübarizə eyni zamanda özəl sektorun bu dövrdə yeni qaydalar tətbiq etməsindən də asılıdır:
"Bizim təklif etdiyimiz məsələrdən biri iş saatının azadılması və fərqli iş saatlarının tətbiq edilməsi ilə bağlıdır. Məsələn bəzi özəl müəssisələrdə işə başlama və bitirmə saatlarını fərqləndiriblər. Həmin sektorda fəaliyyət göstərən şirkətlər yaxşı olardı ki, ənənəvi olaraq işin başa çatma saatını 18:00 deyil də daha qısa etsinlər. Məsələn 16:30 və ya 16:00-a.
Nəticə etibarı ilə də işçilər fərqli saatlarda iş yerlərini tərk etmiş olarlar. Bu da təbii ki, tıxacların və ictimai nəqliyyatda yaranan sıxlığı aradan qaldıra bilər. Eyni zamanda ünsiyyətin minumuma enməsinə və virusun yayılam çoğrafiyasının məhdudlaşdırılmasına gətirib çıxaracaq.
Ona görə də indiki halda çox vacibdir ki, biznesdə fərqli iş saatları və qısa müddətli iş rejimi müəyyənləşdirməklə virusun az yayılmasına dəstək olsun. Eləcə də vətəndaşlarımız aptek və marketlər fəaliyyət göstərsə belə, yaxşı olardı ki, mümkün qədər onlayn sifarişlərdən istifadə etsin. Çünki onlayn sifarişlər ünsiyyətin minumumlaşdırılması və virusun yayılmasının qarşısının alınması deməkdir. Xüsusilə biznes sahəsində olanlar çalışmalıdır ki, onlayn xidmət miqyasını genişləndirsin. Daha çox məhsullarını onlayn formada təklif etsin. Bununla da virusun qarşısının alınması istiqamətində görülən işlərə öz töhfəsini vermiş olar".



Xəbərlər  Tarix:   16 Dek 2020 / 14:42


« Əvvəlki xəbər (560 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45