Əsirlikdən qaytarılan MOBİL DANIŞDI: Yaxşıyam...

Xəbər verdiyimiz kimi, neçə vaxtdır axtarılan Əhmədzadə Mobil İlqar oğlu ötən gün əsirlərin arasında ölkəmizə qaytarlıb.
Mobilin yaxını məlumatın doğru olduğunu Sonxeber.az-a təsdiq edib.
Qeyd edək ki, iki gün öncə erməni əsirliyindən 14 əsirimiz geri qaytarılıb. Mediada hələki əsirlikdə olan 9 azərbaycanlının adı açıqlanıb. Mobil isə adı açıqlanmayan əsirlərin sırasındadır.
Onun tək ayaqla, yaralı qayıtdığı məlum olub. Yaxınının verdiyi məlumatda hazırda o, xəstəxanada müalicə alır.
Moblin atası İlqar Əhmədov saytımıza oğlunun səhhəti ilə bağlı açıqlama verib:
"Ayın 7- si oğlum zəng etdi dedi ki, döyüşə gedirik, ola bilsin mənə zəng çatmasın. Həmin vaxtdan oğluma zəng çatmadı. Ondan sonra başıma gələnlərdən gərək kitab yazam. Hər şey ağlıma gəldi, amma əsir düşəcəyin düzün deyim ağlıma gəlmədi. Qəfl zəng vurdular ki, oğlunuz salamatdır, narahat olmayın. Mobilin özü ilə bircə kəlmə danışmışam qayıdandan sonra.
Dedi ki, yaxşıyam. Başqa heç nə demədi".



Xəbərlər  Tarix:   16 Dek 2020 / 14:53


« Əvvəlki xəbər (559 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45