İcra başçısından şəhid anasına təhqir: "1000 manat alanda yaxşıydı…" – Video

Hələ I Qarabağ savaşında onun qardaşı Ağdaban hadisələrində şəhid olub, məzarı düşməndən 28 il sonra azad edilmiş Kəlbəcərdədir.
Bu dəfə – II Qarabağ müharibəsində isə N.Aslanova balasını Vətənə qurban verib. Oğlu – gizir Aslanov Xəyal Qüdrət oğlu Talış istiqamətində gedən döyüşlərdə şəhidlik mərtəbəsinə yüksəlib.
X.Aslanov 2014-cü ildən Orduda gizir kimi xidmət edib. Ordumuzun əks-hücum əməliyyatlarına başladığı sentyabrın 27-dən ön xətdə olub.
Reportyor.info-ya danışan şəhid anasının sözlərinə görə, sentyabrın 28-də onlara Xəyalın yarandığı barədə məlumat verilib.
"Bizə zəng gəldi ki, Xəyal yaralanıb. Həmin an Xəyalın əmisi uşaqları ilə bir yerdə Tərtər rayon İcra Hakimiyyətinə getmişik. Orada Xəyalı istəmişəm, demişəm ki, uşağımı verin.
Bu vaxt hərbi səhra formasında biri mənə yaxınlaşıb dedi ki, 1000 manat alanda yaxşıydı, öləndə pis?! Bu sözdən sonra orada huşum gedib.
Ayılanda gördüm ki, oğlumun tabutu artıq qapıya gəlib. Xəyalın dəfnindən üç gün sonra qaynımın oğlundan soruşdum ki, hərbi formada olan, mənə o sözü deyən şəxs kim idi? Qayıtdı ki, Tərtərin icra başçısı Müstəqim Məmmədov idi", – deyə N.Aslanva bildirir.
Şəhid anası qeyd edir ki, Tərtərin icra başçısı oğlunun dəfnində iştirak etməyib: "Həmin günlərdə rayon çəkiliş edən müxbirlərlə dolu idi, bir nəfər çəkiliş aparmayıb. Özü də Xəyal Tərtərə gələn ilk şəhid idi.



Xəbərlər  Tarix:   17 Dek 2020 / 11:59


« Əvvəlki xəbər (2909 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR