Bu gün Xırdalanın bəzi qəsəbələrində işıq olmayacaq

Bu gün saat 13:00-dan etibarən gün ərzində Xırdalan Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisinə daxil olan 28 may və Nübar qəsəbələrində elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.
Bu barədə Sonxeber.az "Azərişıq" ASC-nin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir.
Bildirilir ki, fasilə "Azərenerji" ASC-nin tikilməkdə olan 330 kVt-luq Qobu elektrik stansiyasına böyük həcmli yüklərin gətirilməsi ilə əlaqədar olacaq.
"Azərişıq" yaranacaq narahatlığa görə istehlakçılardan üzr istəyir!



Xəbərlər  Tarix:   18 Dek 2020 / 12:21


« Əvvəlki xəbər (537 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45