Göyçə və Zəngəzur Azərbaycana qaytarılır? - AÇIQLAMA

Bu gün bəzi erməni siyasətçiləri Zəngəzurun və Qafanın bəzi kəndlərinin noyabrın 10-da imzalanmış bəyanata uyğun olaraq ödəniləcək 50 milyard dolların qarşılığında Azərbaycana qaytarılmasını təklif edir. Gələcəkdə azərbayacanlıların Zəngəzura və Qafana köçürülməsi məsələsi də gerçəkləşə bilərmi?
Bununla bağlı Sonxeber.az-la fikirlərini bölüşən deputat Nəsib Məhəməliyev bildirib ki, ermənilərin Zəngəzuru təzminat olaraq Azərbaycana qaytarması şayiədir:
"Gündəlikdə belə bir məsələ yoxdur. Zəngəzur, Qafan, Göyçə tarixi Azərbaycan torpaqları olsa da, beynəlxalq birlik tərəfindən Ermənistan ərazisi hesab olunur. Deportasiya nəticəsində öz yurdlarından qovulmuş azərbaycanlı qaçqınların o bölgələrə köçürülməsi ancaq Ermənistan dövlətinin razılığı ilə ola bilər. O da indiki halda real görünmür".



Xəbərlər  Tarix:   21 Dek 2020 / 11:59


« Əvvəlki xəbər (950 / 5352) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR