Deyirlər ki, haradan istəyirsən pul tap, dərman tap MÜALİCƏ OLUN - Fazil Mustafa

"Türkiyədə və başqa ölkələrdə xəstələrin evinə dərmanlar göndərirlər. Deyilir ki, evdə müalicə olun, küçəyə çıxma. Bizdə deyirlər ki, özün harada istəyirsən müalicə olun, haradan isəyirsən pul tap, dərman tap. İnsanlar buna görə də xəstə-xəstə küçəyə çıxıb dərman axtarırlar. Evində başqa köməyi olmayan insan nə etməlidir? Özünə dərman tapmamalıdır?"
Bunu Sonxeber.az-a açıqlamasında koronavirusla mübarizədə ölkəmizdəki vəziyyətdən danışarkən deputat Fazil Mustafa deyib. O, bildirib ki, sözügedən məsələnin ya təminatı verilməlidir, ya da problem müəyyən dərəcədə başqa formada tənzimləməlidirlər:
"Ötən günlər həmin fikirləri Milli Məcisdə də səsləndirmişəm. Koronaviruslu xəstənin müalicəsi 2, 3 min manata qədər pul aparır. Vətəndaşın gəliri yoxdursa, pulu haradan alsın? Bu məsələlərdə tənzimləmə çox önəmlidir. Hesab edirəm ki, təkliflərin də diqqətə alındığını görmürük.
Cərimə qaldırmaqla nə olur? Hüquqi şəxsləri 1500-1600 manat cərimələyirsən. Həmin şəxs də obyektini bağlayır, 30- 50 nəfəri də işsiz qoyur. Elə yer var ki, orada 100 nəfərədək işçi sayı olur. Kimsə də sahibkara deyə bilməz ki, niyə işçiləri çıxarmısan. Gəlir yoxdursa necə etməlidir?
Məsələyə spesifik yanaşmaq lazımdır. Bunun ardını gətirmək çətin olacaq. İnsan var rayonda adına 30 sot torpaq var, Bakıda işləyir. Həmin torpaqları da əkib- becərən yoxdur, Bakıda fəhləlik edir. Həmin insanın işini də "sms" lə qadağa edəndə, bu insan nə etməlidir?
Bəzi məsələlər var, bunu vaxtında etməmişik, indi də deyirik ki, adına torpaq var, sənə müavinət düşmür".



Xəbərlər  Tarix:   21 Dek 2020 / 11:07


« Əvvəlki xəbər (2890 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR