Rusiyadan Qarabağla bağlı SON MƏLUMAT

Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənməsi üzərində işlərini davam etdirir.
Sonxeber.az xəbər verir ki, əməliyyatlar zamanı mühəndis bölmələri, ümumilikdə, 248 hektar ərazini, 95,3 kilometr yolu və 423 yaşayış binasını təmizləyib.
Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ümumilikdə, 8,3 mindən çox partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.
Bölgənin sursatlardan təmizlənməsi zamanı sülhməramlıların dağlıq ərazilərdə və əlverişsiz hava şəraitində belə işləyən müasir robot sistemlərindən istifadə etdiyi qeyd olunur.
"Aşkarlanan döyüş sursatları xüsusi təchiz edilmiş poliqona aparılır və məhv edilir. Evakuasiya edilə bilməyən döyüş sursatları təmin edilən bütün lazımi təhlükəsizlik tədbirləri ilə yerində məhv edilir", - açıqlamada deyilir.



Xəbərlər  Tarix:   22 Dek 2020 / 11:12


« Əvvəlki xəbər (918 / 5326) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR