Samir Şərifov azad olunmuş ərazilərin bərpasından DANIŞDI

"2020-ci il Azərbaycan tarxində müstəsna il kimi yadda qalacaq. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu Ermənistanın hərbi təcavüzünə son qoyub və torpaqlarımızı işğaldan azad edib. Qarabağ əsl cənnət məkana çevriləcək".
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, Vətən torpaqlarında ərazilərimizin yenidən qurulması və vətəndaşlarımzın ora qaytarılması ən əsas məsələdir:
"Prezidentin tapşırığı ilə bu məsələyə xüsusi önəm verilib. Həmin ərazilərdə müxtəlif infrastrukturun yaradılması üçün 2,2 milyard manat vəsait ayrılıb. Həmçinin, 2020-ci il sosial- iqisadi cəhətdən dünya ölkələri kimi Azərbaycan üçün də çətin il olub. Qlobal pandemiya ili və neft qiymətlərinin düşməsi müşahidə olunub''.



Xəbərlər  Tarix:   23 Dek 2020 / 11:01


« Əvvəlki xəbər (2874 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR