Standart Sığortanın öz başınalığı

Uğur Media informasiya və yayım agentliyi olaraq bu gün də sizə ictimailəşdirdiyimiz bir problemli mövzu haqqında məlumat vermək istəyirik. Şəki şəhər sakini vətəndaş Səbinə xanım sığorta ilə yaranan problemi ilə bağlı Uğur Media informasiya və Yayım Agentliyinə müraciətini bildimişdir.Vətəndaşın maşınına dəyən 1200 manat ziyanın ödənilməsi məsələlərinə Sığorta şirkəti nəzər yetirməli olduğu halda, lakin şirkət tərəfindən problemin həllinə baxılmadığı üçün vətəndaş şikayətini Uğur Medianın hüquqi yardım bölməsinə bildirmişdir. Hal hazırda yaranan problemlə bağlı mövcud olan qayda-qanunlar haqqında vətəndaşa bizim tərəfimizdən məlumat verildi. Problemlə bağlı mediamizın əməkdaşı Suzanna Bilal qızı şəxsən özü Standart Sığorta şirkətinə gedərək, qarşı tərəfdən müsahibə almışdır. Qarşı tərəflə müsahibə əsasında vətəndaşa deyən ziyanın 10 gün müddətində sığorta şirkəti tərəfindən ödənilməsinə başlanacağı deyilmişdir.Onu da əlavə etmək istəyirəm ki, vətəndaşın həmin Sığorta Şirkətinə dəfələrlə müraciət etməsinə baxmayaraq 3 dəfə fərqli vaxt aralıqlarında pulu ödəyəcəylərini deyərək,vaxt qazanaraq pulu ödəməkdən yayınmşdılar. Bununla belə vətəndaş Uğur Media adından Cənab Prezidentimiz İlham Əliyevə,Vitse Prezidentimiz Mehriban xanım Əliyevaya və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə müraciət etmişdir.
Məlum olan problemlə bağlı Uğur Medianın təsisçi baş redaktoru Tərlan Abbasov Whatsapp sosial şəbəkəsi vasitəsi ilə kimliyini belə bildirmədən özünü həmin sığortanın müdürü kimi təqdim edən şəxslə danışmışdır. Həmin şəxs isə danışıq zamanı mediamızın təsisçi baş redaktoru Tərlan Abbasovu ələ salaraq,hədə-qorxu gəlməyə başlamış və ''problemlə bağlı hara istəyirsizsə şikayət edin deyə söyləmişdir''. Bununla bağlı əlimizdə kifayət qədər faktlar da vardır.Danışıq əsnasında sığorta şirkəti tərəfindən lisenziyanın bağlanıldığı bildirilmişdir.
Bizdə problemi araşdıran media olaraq inanırıq ki, problemin həll edilməsinə Sığorta şirkəti tərəfindən deyilən müddət ərzində baxılacaq.Vətəndaşa dəyilən ziyan ödəniləcək və bizdə bunu xəbər informasiya agentliyi olaraq ictimailəşdirəcəyik.Əks halda isə biz məcbur qalaraq Media nümayəndələrimiz və 30-a yaxın vətəndaş ilə yolu bağlayaraq haqqımızı tələb edəcəyimizi bildiririk.Hörmətli oxucular sizlərində eyni ilə bizim kimi Standart Sığorta şirkətindən şikayətləriniz olarsa,şikayətlərinizlə bağlı 055-224-22-82 qaynar xətti ilə əlaqə saxlaya bilərsiniz.Haqqlarımızı birlikdə tələb edək.
Yazdı-Diana Cəlali



Hüquqi yardım  Tarix:   23 Dek 2020 / 21:50


« Əvvəlki xəbər (540 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR