Bakıda köşkdə və mağazadan 2 500 manatlıq oğurluq edildi

Bakıda köşkdə və mağazada oğurluq hadisəsi baş verib.
Bu barədə Sonxeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da rayon ərazisindəki köşklərin birindən 1 500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Mustafayev saxlanılıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Naftalan şəhər sakini H.Əmirovla birgə bir mağazadan 1 000 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.



Xəbərlər  Tarix:   24 Dek 2020 / 14:42


« Əvvəlki xəbər (2859 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR