Deputat 42 gündür komada olan qazi ilə bağlı hökumətə müraciət etdi

"Zaqatalanın Natiq Mahmudov adında qazisi var. O, 42 gündür ki, komadadır".
Sonxeber.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
"Mən Baş nazir Əli Əsədovdan, Müdafiə Nazirliyinin rəhbərliyindən, hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələni yox, gəlməyəni də etsinlər. Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir", - o bildirib.



Xəbərlər  Tarix:   24 Dek 2020 / 14:51


« Əvvəlki xəbər (2857 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR