Vaksinasiyadan və xəstəlikdən sonra yaranan immunitet müqayisə edildi

Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin virusoloqu Aleksandr Butenko vaksinasiya və xəstəlikdən sonra yaranan immuniteti müqayisə edib.
Bu barədə RT xəbər yayıb.
Mütəxəssisin fikrincə hər iki halda həm vaksindən sonra, həm də xəstəliyin istənilən formasında immunitetin yaranma mexanizmi eynidir. Bununla belə, "Sputnik V" vaksinindən sonra anticismlərin səviyyəsi daha yüksək olur.
"İnsanlar immuniteti xəstəliyi hər hansı bir formada (asemptomatik, yüngül, orta dərəcədə) keçirdikdən sonra və ya peyvəndin köməyi ilə əldə edirlər - mexanizm eynidir. Nəticədə həssas və koronavirusa yoluxan insanların populyasiyası məhdud olacaq", - deyə o, bildirib
Butenko əlavə edib ki, anticism titri immunitetin mövcudluğunun yeganə göstəricisi deyil, çünki zamanla onlar yox olsalar da, bu bir insanın xəstələnə biləcəyi demək deyil.
"İmmunoloji yaddaş deyilən bir təsir var. Bənzər bir patogenlə təmas yüksək səviyyədə anticismlərin sürətli inkişafına səbəb olur, qoruyucu effekt meydana gətirir", - deyə o, əlavə edib.



Xəbərlər  Tarix:   25 Dek 2020 / 13:39


« Əvvəlki xəbər (2852 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR