Prezident İlham Əliyev "İlin siyasətçisi" seçildi

Rusiyanın məşhur "Vedomosti" nəşri altı nominasiya üzrə ilin personası ilə bağlı illik xüsusi layihəsinin nəticələrini dərc edib.
Sonxeber.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev nəşrin oxucuları arasındakı səsvermədə "İlin siyasətçisi" seçilib.
Nəşr yazır: "İlham Əliyevi haqlı olaraq ordusu 2020-ci ildə inandırıcı hərbi qələbə qazanan, region miqyasına görə isə əsl triumf əldə edən yeganə lider adlandırmaq olar".
İlin siyasətçiləri siyahısında həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və ABŞ-da prezident seçkisində qalib gələn Cozef Bayden də var.



Xəbərlər  Tarix:   25 Dek 2020 / 14:33


« Əvvəlki xəbər (2851 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR