ƏDV-nin qaytarılması ilə bağlı YENİLİK

Əlavə dəyər vergisinin qaytarılması üçün yaradılan informasiya sistemi digər bankların elektron bankçılıq həllərinə inteqrasiya olunacaq.
Sonxeber.az BiG.AZ xəbər verir ki, Azərbaycan Banklar Assosiasiyasından BAKU.WS-ə verilən məlumata görə, qeyd olunan məsələ ilə bağlı Assosiasiya tərəfindən İqtisadiyyat Nazirliyinə müraciət edilib.
Məsələ ilə bağlı Dövlət Vergi Xidmətinin, Azərbaycan Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasına üzv bankların nümayəndələri ilə görüş keçirilib.
Görüşdə müvafiq informasiya sistemi ilə inteqrasiyanın yaradılması həmçinin ədvgerial layihəsinə digər bankların da qoşulması məsələləri müzakirə edilib.
Xatırladaq ki, bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınan mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması məqsədilə yaradılan xüsusi portal vətəndaşların istifadəsinə verilib.



Xəbərlər  Tarix:   25 Dek 2020 / 16:15


« Əvvəlki xəbər (522 / 4966) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR