Sərnişin daşıyan mikroavtobuslar saxlandı

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi şəhər və rayonların giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, dekabrın 26-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində karantin rejimi ilə əlaqədar qurulmuş postda Ucar rayon sakini S.Rəhimovun, Tərtər rayon sakini E.Qurbanovun və Tovuz rayon sakini Ə.Məmmədhəsənovun idarə etdikləri "Mercedes" markalı 3 mikroavtobus saxlanılıb.
Araşdırmalarla onların qanunsuz olaraq rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaları müəyyən edilib.
Hər üç sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilib



Xəbərlər  Tarix:   28 Dek 2020 / 10:56


« Əvvəlki xəbər (856 / 5306) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR