Gələn il IX siniflər üzrə buraxılış imtahanları yeni qaydada keçiriləcək

"Gələn il 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcək".
Sonxeber.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
DİM sədri bildirib ki, yeni imtahan modelinə uyğun olaraq imtahanda şagirdlərə həm açıq, həm də qapalı tipli tapşırıqlar təqdim olunacaq.
M.Abbaszadə əlavə edib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün "Abituriyent" jurnalının xüsusi buraxılışında СОVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq tərtib edilmiş proqramları və yeni tapşırıq modellərinin variantları təqdim olunub.



Xəbərlər  Tarix:   28 Dek 2020 / 11:36


« Əvvəlki xəbər (862 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR