Düşmən təxribatı nəticəsində şəhid olan hərbçimiz 2 gün əvvəl təltif olunub

Dünən erməni təxribatı nəticəsində şəhid olan hərbçimiz döyüşdə göstərdiyi şücaətə görə 2 gün əvvəl mükafatlandırılmışdı.
Sonxeber.az-ın verdiyi xəbərə görə, dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi ərazisində 6 nəfərlik erməni silahlı qrupunun hücumu nəticəsində Beyləqan rayonu, Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayıl oğlu şəhid olub.
E.Qənbərov hadisədən iki gün öncə Ali Baş Komandanın sərəncamı ilə "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.



Xəbərlər  Tarix:   28 Dek 2020 / 12:33


« Əvvəlki xəbər (842 / 5298) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR