Sərt karantinlə bağlı VACİB XƏBƏR - Bu tarixdən ləğv edilir?

Azərbaycanda koronavirusa həm yoluxanların, həm də virusunun qurbanı olanların sayında azalma müşahidə olunur.
Sonxeber.az xəbər verir ki, ötən həftələrdə yoluxma sayı 4 min civarında idisə, dünən yoluxma sayı 772 nəfərə düşüb.
Ölkədə COVID-19 virusu ilə bağlı müsbət dinamika tətbiq olunan sərt karantin tədbirlərindən irəli gəlir. 31 yanvar tarixinə kimi davam edəcək karantin tədbirləri məhz virusun yayılmasının qarşısını almağa hesablanıb.
Azərbaycanda koronavirusla bağlı hazırkı durum nə yerdədir? Xəstələrin sayı nə qədər azalıb? Xəstə sayı hansı həddə düşdükdən sonra normal vəziyyət yarana bilər?
Xüsusi karantin rejimli xəstəxanaların birində çalışan həkimlərdən olan İmran Mirizadə bu sualları cavablandırıb. Həkim qeyd edib ki, xəstələrin sayı çox olsa da, sərt karantin rejimi artıq müsbət təsirini göstərməyə başlayıb:
"Hazırda xəstələrin sayı kifayət qədər çoxdur. Aktiv xəstə sayı 41 min nəfərdir. Baxmayaraq ki, modul tipli xəstəxanalar da tikilib və digər dövlət xəstəxanaları da bu işə cəlb olunub, hələ də xəstəxanalarda yer sayı məhduddur. Əvvəlki günlərlə müqayisədə təcili tibbi yardım maşınları seçim edərək daha ağır xəstələri götürürdüsə, indi nisbətən daha yüngül xəstələr xəstəxanada müalicə almaq imkanı əldə edirlər.
Hazırda xəstələrin sayında təqribən 20 faiz azalma müşahidə olunur. Yaxın günlərdə bu vəziyyət davam edərsə, 50 min nəfərlik aktiv xəstə sayının yarıya qədər azalacağı gözlənilir. Digər tərəfdən həm ölüm sayı, həm də xəstələrin müalicə almaq imkanlarını artacaq. Xəstələrin xəstəxanalara daha erkən və yüngül formada yerləşdirilməsinə səbəb olacaq.
Müsbət dinamika iki həftə davam edərsə, azalma 50 faizin altına düşərsə, yəni 20-25 min arası xəstə olarsa, bu problem aradan qalxacaq. Əvvəlki aylarda olduğu kimi bütün xəstələr təcili yardım vasitəsilə xəstəxanalara yerləşdirilə biləcəklər".
Qeyd edək ki, koronavirusa yoluxma ilə bağlı müsbət dinamikanın davam etməsi, xəstə və ölüm sayının nəzərə çarpacaq dərəcədə azalması sərt karantin rejimi zamanı müəyyən yumşalmaların tətbiqinə səbəb ola bilər.



Xəbərlər  Tarix:   29 Dek 2020 / 09:56


« Əvvəlki xəbər (2831 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR