Şəki şəhər sakini Səbinə xanımın şikayətinin nəticəsi.

Uğur Media informasiya və yayım agentliyi olaraq bu gün də sizə öhdəliyimizə olan, ictimaitləşdirdiyimiz və bunun sayəsində nəticə tapan bir problemli mövzu haqqında məlumat vermək istəyirik. Şəki şəhər sakini vətəndaş Səbinə xanım sığorta ilə yaranan problemi ilə bağlı Uğur Media informasiya və yayım agentliyinə müraciətini bildimişdir.Vətəndaşın maşınına deyən 1200 manat ziyanın ödənilməsi məsələlərinə sığorta şirkəti nəzər yetirməli olduğu halda,lakin sığorta şirkəti tərəfindən problemin həllinə baxılmadığı üçün vətəndaş şikayətini Uğur Medianın hüquqi yardım bölməsinə bildirdi. Hal hazırda yaranan problemlə bağlı mövcud olan qayda qanunlar haqqında vətəndaşa bizim tərəfimizdən məlumat verildi. Problemlə bağlı mediamizın əməkdaşı Suzanna Bilal qızı Standart Sığorta şirkətinə gedərək, qarşı tərəfdən müsahibə almışdır. Qarşı tərəflə müsahibə əsasında vətəndaşa deyən ziyanın 10 gün müddətində sığorta şirkəti tərəfindən ödənilməsinə başlanacağı deyilmişdir.
Bizdə problemi araşdıran media olaraq inanırdıq ki, problemin həll edilməsinə Sığorta şirkəti tərəfindən deyilən müddət ərzində baxılacaq və vətəndaşa dəyilən ziyan ödəniləcək.
Onu da bildirmək istəyirik ki, Sığorta şirkəti tərəfindən verilən sözə əməl edildi və vətəndaşa dəyən 1200 manat pulun ödənilməsi həyata keçirilirdi. Bunun üçün Sığorta hadisələrinin tənzimlənməsi şöbəsinin rəisi Əli Həsənova Uğur Media xəbər və yayım informasiya agentliyi adından təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Hörmətli oxucular gördüyünüz kimi, Uğur Media olaraq hər zaman çalışırıq ki, öhdəliyimizə götürdüyümüz problemlerin həll olunmasında sona qədər gedirik və istədiyimiz nəticəni əldə edirik. Əgər sizin də bu və bu kimi həlli yolunu tapa bilmədiyiniz hüququ problemləriniz varsa, 055-224-22-82 qaynar xəttimiz ilə əlaqə saxlaya bilərsiniz.
Yazdı-Diana Cəlali



Hüquqi yardım  Tarix:   29 Dek 2020 / 16:26


« Əvvəlki xəbər (845 / 5316) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR