İtkin düşən erməni hərbçilərin valideynləri oturaq aksiya keçirir

Ermənistan silahlı qüvvələrinin itkin düşən hərbçilərinin valideynləri Eçmiədzində hərbi hissənin qarşısında oturaq aksiya keçirir.
“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.
Hərbçilərin valideynləri və yaxınları hərbi hissənin komandanlığı ilə görüş tələb edirlər. Onlar 81 gündür həmin hərbçilərdən informasiya əldə edə bilmirlər.
“Hakimiyyət uğrunda mübarizə olsaydı, bütün deputatlar burada olardı. Bizə heç kim cavab vermək istəmir. Nə olar, qoy deputat gəlib desin ki, biz də sizinlə bir sıradayıq. Onlar bizim burada olduğumuzu görmürlər?”, - itkin düşən hərbçilərdən birinin anası Anait Adoyan bildirib.
Qeyd edək ki, yanvarın 7-də də hərbi hissədən valideynlərlə görüşə gələn olmayıb.



Xəbərlər  Tarix:   8 Yan 2021 / 18:13


« Əvvəlki xəbər (848 / 5333) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR