Gürcüstana koronavirus əleyhinə vaksinin gələn ay çatdırılacağı gözlənilir

“Fevral ayında Gürcüstanın “COVAX” platforması vasitəsilə müəyyən miqdarda peyvənd əldə edəcəyi gözlənilir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterina Tikaradze bildirib.
Onun sözlərinə görə, koronavirusa qarşı vaksinin ilk partiyası həssas qruplar üçün nəzərdə tutulacaq: “Biz Ümumdünya Səhiyyə Təşkilatı və “COVAX” platformasına plan təqdim etmişik. Hazırda intensiv danışıqlar aparılır”.
Qeyd edək ki, qonşu ölkə COVID-19-a qarşı vaksini əhalinin 20 %-i üçün alacaq. Peyvəndləmə dövlət hesabına aparılacaq.



Xəbərlər  Tarix:   8 Yan 2021 / 18:18


« Əvvəlki xəbər (444 / 4932) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR

Neft 1%-dək bahalaşıb
14 İyun 2021 / 16:45