Nazirlik: Kiberdələduzlar “Azərpoçt”un internet səhifəsinə oxşar saxta saytlar yaradır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti son zamanlar vətəndaşlardan daxil olan müraciətlərin çoxluğunu və əksər vətəndaşların məlumatlı olmadıqları üçün kiberdələduzların qurbanına çevrildiyini nəzərə alaraq əhalini “Azərpoçt” MMC adına açılan saxta saytlar barədə bir daha xəbərdar edir.
Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, bir qrup kiberdələduz qeyri-qanuni yolla maddi vəsait əldə etmək məqsədilə “Azərpoçt” MMC-nin rəsmi saytına oxşar saxta saytlar yaradır. Onların hədəfi onlayn alqı-satqı səhifələrində müxtəlif məhsulların satışını həyata keçirən vətəndaşlardır. Kiberdələduzlar alıcı qismində saxta “WhatsApp” nömrələrindən bu vətəndaşlara yazaraq məhsulu almaq istədiyini bildirir və ödənişin həyata keçirilməsi üçün satıcıdan “Azərpoçt”un adına açılan saxta sayta daxil olaraq kart hesabı məlumatlarını daxil etməsini istəyir. Vətəndaş bu keçidə daxil olaraq kart hesabının məlumatlarını təqdim etdikdə hesabın balansında olan vəsait kiberdələduzların əlinə keçir.



Xəbərlər  Tarix:   19 Yan 2021 / 11:18


« Əvvəlki xəbər (2788 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR