Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilir

20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı əslən Gürcüstandan olan şəhidlərin xatirələri anılır.
“Report”un yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları şəhidlərin ailə üzvləri və yaxınlarını ziyarət edir.
İlk olaraq Marneuli rayonunun Kirəc-Muğanlı kəndindən olan şəhid Vəfadar Eminovun qardaşı Etibar Eminovun ailəsinə baş çəkilib. Səfir şəhidin yaxınlarına başsağlığı verib və ailənin qayğıları ilə maraqlanıb.
F.Quliyev bildirib ki, 20 Yanvar şəhidləri arasında 6 nəfər əslən Gürcüstandandır və Azərbaycan səfirliyi onların ailə üzvləri və yaxınlarının qayğılarını hər zaman diqqətdə saxlayır.
V.Eminovun yaxınları göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) adından şəhidin ailəsinə ərzaq sovqatı təqdim olunub.
Anım tədbirində Gürcüstan parlamentinin deputatı Zaur Darğallı, Marneuli merinin müavini Zaur Tabatadze, AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov, kənd ziyalıları və ağsaqqalları da iştirak ediblər.
Qeyd edək ki, “Qanlı Yanvar”ın növbəti ildönümü çərçivəsində digər şəhidlərin dəyaxınları ziyarət olunacaq.



Xəbərlər  Tarix:   20 Yan 2021 / 10:22


« Əvvəlki xəbər (2781 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR