İstanbuldakı Baş Konsulluqda “Qanlı yanvar” adlı fotosərgi təşkil edilib




Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun inzibati binasında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Qanlı yanvar” adlı fotosərgi təşkil edilib.
“Report”un yerli bürosu xəbər verir ki, sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən 30-dan çox orijinal foto nümayiş olunur.
Fotoşəkillərdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet hakimiyyəti rəhbərliyinin qərarı ilə Azərbaycana yeridilən qoşunun törətdiyi Qanlı Yanvar gecəsinin dəhşətləri ilə bağlı geriyə qalan mənzərələr və həmin gecə haqqında tarixi faktların əks olunduğu məlumat lövhəsi qoyulub.
Tədbirdə ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, diplomatik nümayəndəliyin əməkdaşları və media nümayəndələri iştirak ediblər.
Baş konsul 20 Yanvar qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sərgi haqqında məlumat verən N.Mustafayeva 20 Yanvar tarixinin Azərbaycan xalqının qanı ilə yazılmış qərhəmanlıq dastanı olduğunu və hər bir azərbaycanlının dünyanın harasında yaşamasından asılı olmayaraq bu tarixin unudulmamasının və gələcək nəsillərə ötürülməsinin vacibliyinə diqqət çəkib.
Vüsalə Abbasova



Xəbərlər  Tarix:   20 Yan 2021 / 12:25


« Əvvəlki xəbər (2774 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR