Sabirabadda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanıldı

Sabirabad şəhərində yol qəzası baş verib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanvarın 20-də saat 1 radələrində Sabirabad şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Y.Ataşov vurulub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Y.Ataşovun vəziyyəti qənaətbəxşdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2106” markalı avtomobilin sürücüsü, Suqovuşan kənd sakini H.Məmmədov müəyyən edilərək saxlanılıb.
Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



Xəbərlər  Tarix:   21 Yan 2021 / 12:25


« Əvvəlki xəbər (2766 / 7293) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR