İdarə rəisi: “İşğaldan azad olunmuş ərazilərində ədliyyə qurumlarının fəaliyyəti bərpa edilir”

“İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında ölkə başçısının Fərmanı ilə əlaqədar Ədliyyə Nazirliyi də müvafiq addımlar atılır”.
“Report” xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Təşkilat-nəzarət baş idarəsinin rəis müavini, Qarabağ Regional ədliyyə idarəsinin rəisi vəzifəsini icra edən Sübhi Kazımov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.
O qeyd edib ki, həmin ərazilərdə ədliyyə orqanlarına əlçatanlığın təmini məqsədilə müvafiq addımlar atılır:
“Ədliyyə nazirinin əmri ilə 12 noyabrda Ədliyyə Nazirliyinin Qarabağ Regional Ədliyyə İdarəsi yaradılıb. Artıq həmin ərazilərdə həm məhkəmə, həm də müvafiq ədliyyə strukturlarının fəaliyyətinin təmin edilməsi üçün müvafiq addımlar atılır”.



Xəbərlər  Tarix:   25 Yan 2021 / 11:37


« Əvvəlki xəbər (755 / 5298) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR