4 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınmadı

Qida məhsulları sahəsində fəaliyyət göstərən 57 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən "Report"a verilən məlumata görə, həmin tarixdə 4 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S
Subyektin adı
Fəaliyyət istiqaməti
İmtina səbəbi
1
"SAPRO" Məhdud Məsuliyyətli Cəmiyyəti
Topdan satış
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
2
MEHTİ ZEYNALOV ƏSKƏR OĞLU
İstehsal
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
3
BƏHRUZ MUSTAFAYEV ELDAR OĞLU
İstehsal
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
4
QİYAZ HÜMBƏTOV NAZİR OĞLU
İlkin istehsal
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.



Xəbərlər  Tarix:   25 Yan 2021 / 11:55


« Əvvəlki xəbər (400 / 4947) Növbəti xəbər »
 






DİGƏR MARAQLI XƏBƏRLƏR